Pirili kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Pirili kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Pirili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Məmmədov Pirili kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. İlham Məmmədov Pirili kəndinə təbii qazın verilməsinin vacibliyindən danışdı.
2. Elnarə Əliyeva yeni məhəllədə yolun təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Ramiz Mustafayev Pirili kəndində yeni tam orta məktəb binasının inşa edilməsini təklif etdi.
4. Laçın İsayeva, Şəhid anası evinin təmirinə köməkdarlıq edilməsini xahiş etdi.
5. Zeynəb Səmədova Plan adlanan məhəllədə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
6. Qətibə Abdullayeva kənddə yeni körpələr evi uşaq bağçasının inşa edilməsini təklif etdi.
7. Azər Məmmədov pay torpaqlarına gedişin asanlaşdırılması üçün su keçidlərinin quraşdırılması haqqında danışdı.
8. Lalə Əmrahova ərazidə elektron tipli ATS-in quraşdırılmasına ehtiyac olduğunu vurğuladı
9. Töhvə Ələkbərova kəndin giriş hissəsində olan məişət tullantılarının təmizlənməsi barədə danışdı.
10. Dadaş Axundov ərazidə olan yararsız elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına ehtiyac olduğunu qeyd etdi.
11. İnşallah Zeynalov Gödək adlanan suvarma arxlarının təmizlənməsi barədə danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Pirili kəndində 242 abonentə təbii qazın verilməsi təmin edilmişdir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.