Şriftin ölçüsü :

Saytın rəngi :

Həmrəylik Günü və Yeni il münasibətilə tədbir

25 dekabr 2014 | 11:00

Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə musiqili-əyləncəli tədbir keçirilmişdir. Rayon Təhsil Şöbəsi nümayəndələrinin, məktəbin pedaqoji kollektivi, şagird və valideynlərin iştirak etdiyi tədbiri giriş sözü ilə Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev açaraq Dünya Azərbaycanlılarının həmrəyliyi gününün təsis edilməsi sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən, xüsusilə  Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsindən danışdı. F. Vəliyev qeyd etdi ki, Ulu Öndərin ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Musiqili-əyləncəli tədbir Pərvin Yusifovun ifasında “Yaşa mənim xalqım” mahnısi ilə başa çatdı.

Keçidlər