Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda uşaqlar üçün bayram şənlikləri təşkil edilir

29 dekabr 2014 | 11:00

Ağstafa rayonunun məktəbəqədər təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibəti ilə bayram şənlikləri keçirilir.  Uşaqların təqdimatında vətənpərvərlik mövzularında bədii kompozisiyalar nümayiş etdirilir. Yeni ilə həsr olunmuş nəğmə və şerlər səsləndirilir, yolka ətrafında rəqslərlə dövrə vurulur.
Şənliklərdə şaxta baba və qar qızın payladıqları hədiyyələri uşaqlar xüsusi həyəcan və sevinclə qarşılayırlar.

Keçidlər