20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsinə hazırlıq
10 yanvar 2015 | 11:00
Azərbaycan xalqının milli azadlıq hərəkatında xüsusi əhəmiyyəti olan 20 Yanvar hadisələrinin 25-ci ildönümünün keçirilməsi ilə əlaqədar Ağstafa rayon İcra hakimiyyəti başçısının Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir.
Həmin Tədbirlər Planına uyğun olaraq bu gün rayonun Şəhidlər Xiyabanında abadlıq işləri həyata keçirildi.
Rayon təşkilatları kollektivlərinin iştirak etdiyi abadlıq işlərində Şəhidlər Xiyabanı ərazisində təmizlik işləri aparıldı, məzarlara qulluq edildi, yeni ağaclar əkildi və Şəhidlər kompleksi abidəsinin rənglənməsi və bərpası təmin olundu.