Şriftin ölçüsü :

Saytın rəngi :

20 YANVAR faciəsinin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

14 yanvar 2015 | 11:00

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq təbdirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.
Bu gün Heydər Əliyev Mərkəzində rayonun mədəniyyət işçiləri  20 Yanvar şəhidlərini andılar. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə qeyd olundu ki, bizim üçün 20 Yanvar tarixi eyni zamanda həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə daim həkk olunmuşdur.
Təbdir  20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirildi.

Keçidlər