Şriftin ölçüsü :

Saytın rəngi :

İcra nümayəndələri hesabat verir

14 yanvar 2015 | 11:00

Ağstafa rayonunun şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları keçirilir. Hesabat yığıncaqlarında başçının müavinləri, rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və məsul işçiləri iştirak edirlər.
2015-ci ilin 13-14 yanvar tarixlərində rayonun Sadıqlı, Ağ-göl, Muğanlı, Köçvəlili, Qıraq Kəsəmən, Böyük Kəsik, Pirili, Düzqışlaq. Kolxəlfəli, Qarahəsənli kəndlərində, Qarayazı, Saloğlu və Poylu qəsəbəsində olmaqla 14 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat yığıncaqları keçirildi. Hesabat yığıncaqlarında Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinləri R.İmanov, A.Hacıyev, RİHB Aparatının şöbə müdiri Ş.Qurbanov, İHB yanında Şuranın üzvləri F.Vəliyev, F.Həsənov və V.Əkbərov iştirak etmişlər.
Rayonda İƏD üzrə icra nümayəndələrinin hesabat yığıncaqları davam edir.

Keçidlər