Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda 20 YANVAR faciəsinin 25-ci ildönümü qeyd edildi

20 yanvar 2015 | 11:00

20 yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə Ağstafa rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Anım tədbirində rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Qyuliyev, rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəsissə və təşkilatlarının əmək kollektivləri iştrak etmişdir. Anım tədbirində Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri gül dəstələri qoymuş, şəhidlərin məzarı üzərinə qərənfillər düzülmüşdür.

Anım tədbirində həzn musiqi sədalarının müşaiyəti ilə şəhidlərin qəhrəmanlığını vəsf edən şerlər söylənilmişdir. Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev şəhid ailələri ilə görüşmüş və onlara dərin hüznlə baş sağlığı vermişdir.
Həmin gün Ağstafa rayonunun Vurğun qəsəbəsində 20 yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun məzarı ziyarət edilmiş və qəbri üstə tər qərənfillər düzülmüşdür. Rayonun Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri də ziyarət edilmişdir.

Keçidlər