İcra nümayəndələrinin hesabat yığıncaqları davam edir
Ağstafa rayonunun şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları davam edir. Hesabat yığıncaqlarında rayon İcra hakimiyyətinin başçısının müavinləri, rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və məsul işçiləri iştirak edirlər.
2015-ci ilin 21 yanvar tarixində rayonun Aşağı Kəsəmən, Zəlimxan, Xətai, Tatlı, Köhnə qışlaq, Göycəli, Köçəsgər Eynallı, Qırılı, Həsən-su, Aşağı Göycəli, Poylu kəndlərində və Vurğun qəsəbəsində olmaqla 12 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat yığıncaqları keçirildi. Hesabat yığıncaqlarında Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini R.Tatarov başçının müavini L.Eyyubova, RİHB Aparatının şöbə müdirləri S.Mustafayev, M.Hüseynov, Y.Əfəndiyev, sektor müdiri K.Abbasov, İHB yanında Şuranın üzvləri F.Vəliyev İ.Mustafayev, Y.İsmayılov iştirak etmişlər.
Rayonda İƏD üzrə icra nümayəndələrinin hesabat yığıncaqları davam edir.