Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kənd İƏD üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi

22 yanvar 2015 | 11:00

Bu gün Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin akt zalında Ağstafa rayonu İcra hakimiyyəti başçısının Dağ Kəsəmən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev, rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Dağ Kəsəmən kənd İƏD üzrə nümayəndəsi Fazil Bayramov hesabat məruzəsi ilə çıxış edərək  2014-cü ildə kənddə görülmüş bir sıra işlərdən danışdı. Qeyd olundu ki, ötən il ərzində kənd sakinlərinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması istiqamətində tədbirlər görülmüş, Bakı-Qazax avtomobil yolunun kəndin ərazisindən keçən hissəsində mütəmadi abadlıq və təmizlik işləri aparılmış, kənd daxili yollarda cari təmir işləri görülmüş və kənd sakinlərinin köməyi ilə kənd qəbirstanlığına uzanan yol və qəbirstanlığın ərazisindəki yola asfalt örtüyü salınmışdır. Qeyd edilmişdir ki, rayon İcra hakimiyyəti başçısının şəxsi təşəbbüsü və diqqəti nəticəsində Dağ Kəsəmən 1 saylı uşaq bağçasının yeni binasının tikintisi davam edir, Dağ Kəsəmən kənd mədəniyyət evində əsaslı təmir aparılmışdır. Yağış və sel sularından kəndli təsərrüfatlarının mühafizəsi üçün rayon rəhbərliyinin səyi nəticəsində tikintisinə başlanılan iki ədəd su bəndinin tikinti işləri davam etdirilir. Əhalinin suvarma və içməli su ehtiyacının ödənilməsi üçün 1 ədəd yeni subartezian quyusu qazılmış və digərlərinin işlək vəziyyətdə olması təmin edilmişdir. Kəndin tibb ocaqlarında, mədəniyyət müəssisələrində və poçt xidməti sahəsində kənd sakinlərinə göstərilən xidmət diqqət mərkəzində saxlanılmışdır.

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək 2014-cü ildə Ağstafa rayonunun sosial-iqtisadi inkişafının nəticələri ilə bağlı qısa məlumat verdi və həyata keçirilmiş layihələrdən danışdı. Qeyd olundu ki, ötən il rayon üçün uğurlu il olmuş və qarşıya qoyulmuş vəzifələrin icrasına nail olunmuşdur.

Çıxış edən kənd sakinləri rayonda, o cümlədən kənddə görülmüş işlərlə bağlı öz razılıqlarını bildirdilər və Ağstafa rayonuna göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

2014-cü ildə kənd İcra nümayəndəsinin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi qərara alındı.

Keçidlər