Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Kəsəmən kəndində səyyar qəbul-görüş

30 noyabr 2012 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev noyabr ayının 29-da rayonumuzun Aşağı Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Mirzəyev Aşağı Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Yasəmən Məmmədova Aşağı Kəsəmən kəndinin yuxarı hissəsində yerləşən subartezian quyusunun bərpa edilməsini təklif etdi.
2. Güləbatın Mirzəyevə yeni salınmış yaşayış məhəlləsinə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
3. Sabir Məmmədov işlə təmin edilməsi barədə danışdı.
4. Təyyarə Əliyeva Aşağı Kəsəmən kəndinin içməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
5. Haqverdi Haqverdiyev yeni salınmış yaşayış məhəlləsində elektrik təsərrüfatının yaxşılaşdırılması və həyətyanı torpaq sahələrindən keçən yeksək gərginlikli 10 kvt-luq elektrik xətlərinin ərazidən kənara çıxarılması haqqında danışdı.

6. Mahizər Şükürova əkin sahələrinin suvarılması üçün suvarma suyunun çatışmamazlığı haqqında yığıncaq iştirakçılarına məlumat verdi.
7. Elmar Aşurov istifadə etdikləri subartezian quyusundan suvarma suyunun dəyərinin müəyyən edilməsindən danışdı.
8. Akif Batıyev Ağstafa-Aşağı Kəsəmən avtomobil yoluna asfalt örtüyünün salınmasını təklif etdi.
9. Mətanət Məmmədova Aşağı Kəsəmən kənd tam orta məktəbinin dam örtüyünün təmir edilməsini xahiş etdi.
10. Zeynalabdı Nəsibov ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
11. Həmid Əhmədov tikintisi yarımçıq qalmış kənd mədəniyyət evinin inşasının davam etdirilməsindən danışdı.
12. Əli Məhərrəmov yeni salınmış yaşayış məhəlləsində təmiri yarımçıq qalmış yolun xırlanmasının başa çatdırılmasını xahiş etdi.
13. Xəzəngül Abdıyeva Ağstafa şəhərindən kəndə gələn marşrut avtobusunun kəndin mərkəzindən ətraf hissələrinə getməməsindən danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunda aparılan tikinti, quruculuq, abadlıq işləri və eyni zamanda rayonda gələcəkdə görüləcək yeni layihələr barədə kənd sakinlərinə məlumat verdi. Hazırda 2013-cü il üçün dövlət büdcəsi müzakirə olunur. Müzakirələrdən məlum oldu ki, 2013-cü ilin dövlət büdcəsi sosial yönümlüdür. 2013-cü ildə əmək haqlarının, pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur. Eyni zamanda ölkənin müharibə şəraitində olmasını nəzərə alaraq dövlətin hərbi qüdrətini yüksəltmək və silahlı qüvvələrin daha müasir silahlarla təchiz olunması məqsədi ilə növbəti ilin büdcəsində hərbi sahəyə ayrılan vəsaitin artırılması nəzərdə turulmuşdur.
Məlumat üçün bildirirəm ki, növbəti ildə rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təchizatı təmin ediləcəkdir. Həmçinin rayonun 11 kəndində içməli su probleminin həllinə nail olacağıq.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
 

Keçidlər