Rayon İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd edildi ki,reğionların inkişafı Dövlər Proqramının icrası istiqamətində həyata keçirilən layihələrin uğurlu icrası və cari ildə qarşıya qoyulan vəzifələrin həllinin təmin edilməsi üçün müəyyən təşkilati işlərin aparılmasına ehtiyac vardır. Şuranın müzakirəsinə çıxarılan məsələlər də məhz bu istiqamətdədir.
Gündəliyə daxil olan məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinləri A.Hacıyev, R.İmanov, L.Eyyubova, RİH Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ş.Qurbanov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Y.Əfəndiyev və hüquq şöbəsinin müdiri M.Hüseynov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.