Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri Ağstafada oldular

07 fevral 2015 | 11:00

Bu il ölkəmizdə keçiriləcək ilk Avropa Yay Olimpiya Oyunlarının təşkilatçılıq məsələləri ilə əlaqədar  ukraynalı mütəxəssislər Mariya Semyonova, Konstantin Jarkov və Aleksey Jarevski Ağstafa rayonuna səfər etmişdirlər.

İlk öncə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev xarici qonaqları  rayon İcra hakimiyyəti başçısı aparatında qəbul etmişdir. Söhbət əsnasında qey olundu ki, Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunacaq növbəti  belə tarixi hadisənin, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz  İlham Əliyevin səriştəli fəaliyyətinin nəticəsidir. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləmişdir. Bu da Azərbaycanın dünya ölkələri arasında  yüksək nüfuza və beynəlxalq imicə malik olmasının əyani sübutudur. Qonaqlara  həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığı əsasında Ağstafada həyata keçirilmiş və icrası davam etdirilən irimiqyaslı sosial infrastruktur layihələr haqqında, eləcə də rayonun sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verildi.

Sonra cənab Məhərrəm Quliyev və qonaqlar Ağstafa şəhərinin görməli yerlərini gəzdilər,  rayon sakinləri ilə səmimi söhbət oldu.

Qonaqlar Ağstafada olmaqdan məmnunluqlarını ifadə etdilər.

Keçidlər