Sakinlərin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir
11 fevral 2015 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2015-ci il fevralın 3-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi Ağstafa rayonunda uğurla davam etdirilir.
Hazırlanmış xüsusi qrafikə əsasən əhali ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunur. Xəstəlik aşkarlanan rayon sakinləri müvafiq müalicə prosesinə cəlb olunurlar.
Bu günə kimi rayonun 4 yaşayış məntəqəsində və 43 təşkilatda 9041 nəfər vətəndaş tibbi müayinədən keçirilmişdir.