Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada məktəblilər, yeniyetmə və gənclər Xocalı faciəsinin 23-cü ildönümünü anırlar

24 fevral 2015 | 11:00

Ağstafa rayonunda Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsinə dair Ağstafa rayonu İcra hakimiyyəti başçısının 02 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Tədbirlər Planı” təsdiqlənmişdir.
Tədbirlər planına uyğun olaraq məktəblilərin, yeniyetmə və gənclərin  iştirakı ilə Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində və rayonun ümumtəhsil məktəblərində  Xocalı faciəsinin 23-cü il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlərdə erməni qəsbkarları tərəfindən  törədilmiş Xocalı soyqırımı barədə geniş məlumatlar verilir.
Təbdir iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş fotosərgi və sənədli film nümayiş etdirilir, şagirdlərin iştirakı ilə əbədi-bədii kompozisiyalar təqdim olunur.

Keçidlər