Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda kənd təsərrüfatı işləri davam edir

29 noyabr 2012 | 11:00

Ağstafa rayonunda 2012-ci ilin məhsulu üçün 11966 ha sahədə taxıl əkilmişdir. Bundan 9791 ha-da buğda və 1784 ha-da arpa səpilmişdir. Səpilmiş taxıl sahələrindən 315029 sentner məhsul yığılmışdır ki, bu da hər hektardan 26.3 sentner məhsuldarlıq deməkdir.Həmçinin rayon zəhmətkeşləri tərəfindən 56430 sen kartof, 60599 sen tərəvəz, 1556 sen paxlalılar, 40156 sen meyvə, 42544 sen üzüm, 6662 sen günəbaxan, 15821 sen bostan məhsulları yetişdirilmişdir.
Hal-hazırda rayonda kənd təsərrüfatı işləri davam edir. 28 noyabr 2012-ci il tarixə rayonda 10221 hektarda şum aparılaraq , 2013-cü ilin məhsulu üçün 6565 ha buğda, 1716 ha arpa səpilmişdir. Bu işlərin aparılması Ağstafa Aqroservis MMC-nin 60 ədəd müasir alman texnikası və Aqrolizinq ASC-nin Ağstafa rayon filialının 67 ədəd texnikası vasitəsilə həyata keçirilir.
 

Keçidlər