Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzi və rayon Mədəniyyət Evində işlər sürətlə davam etdirilir
10 mart 2015 | 11:00
”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli Sərəncamı ilə Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin inşası və rayon Mədəniyyət Evinin əsaslı təmiri işləri uğurla davam etdirilir.
Ağstafa şəhəri Hüseyn Arif küçəsində inşası aparılan Musiqi və İncəsənət Mərkəzində monolit beton bünövrənin qoyulması başa çatdırılmış, ikinci mərtəbədə beton arakəsmələrin quraşdırılması davam etdirilir. Ağstafa rayon Mədəniyyət Evinin üstü müasir tipli dam örtüyü ilə yenilənmiş, binanın üzü və hasarına aqlay tipli üzlük daş vurulur.