Şriftin ölçüsü :

Saytın rəngi :

Tatlı kəndində növbəti səyyar qəbul-görüş

12 mart 2015 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Tatlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qoşqar Hüseynov Tatlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Tatlı və Yaradullu kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, təbii qaz,  elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Yaqub İsmayılov Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulmasının vacibliyi barədə danışdı.
2. Kamandar Novruzov əkin sahələrinin suvarılması üçün ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
3. Vaqif Həmzəyev Yaradullu kəndinin bəzi hissələrinə verilən təbii qazın təzyiqinin aşağı olmasını qeyd etdi.

4. Məlahət Hüseynova Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini təklif etdi.
5. Ramilə Ələkbərova yeni məhəllədə tikdirdiyi fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsini xahiş etdi.
6. Rəna Sadıqova Tatlı kənd 1 saylı körpələr evi uşaq bağçasının əsaslı təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
7. Təyyar Həsənov kəndin  “Rzalar” və “Baymalılar” məhəllələrində yolların təmir edilməsi haqqında danışdı.
8. Nəsibə Əsgərova Yaradullu kənd orta məktəbi üçün yeni binanın inşa edilməsini təklif etdi.
9. Elniyaz Nəcəfov Tatlı kəndinin “Baymalılar”  məhəlləsində yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini xahiş etdi.
10. Məmməd Məmmədov pay torpaqlarına gedişin asanlaşdırılması üçün su keçidlərinin quraşdırılmasına ehtiyac olduğunu vurğuladı.

11. Oqtay Əliyev təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsi barədə danışdı.

      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər