Rayon ərazisindəki hərbi hissələrə bayram sovqatları paylandı
18 mart 2015 | 11:00
Xalqımızın milli bayramı Novruzun gəlişi ilə əlaqədar olaraq Ağstafa rayon İcra hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən hərbi hissə və birliklərin şəxsi heyətinə bayram sovqatları təqdim edilmişdir.
Ağstafa rayon İcra hakimiyyətinin rəhbərliyi və məsul işçiləri hərbi hissələrdə olmuş, zabit və əsgərlərimizi Novruz bayramı münasibəti ilə təbrik etmişlər.
Hərbi hissələrin rəhbərliyi göstərilən diqqət üçün Silahlı Qüvvələrin Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmişlər.