Rayon İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr, eləcə də hər bir vətəndaşın həyat səviyyəsinin artırılması dövlət hakimiyyət orqanlarına müraciət edən sakinlərin ərizə, şikayət və təkliflərinə baxılması sahəsində mütəmadi təhlillərin aparılmasını, bu istiqamətdə də yeniliklərin tətbiq edilməsini zəruri edir. Vətəndaş-məmur ünsiyyətinin daha da yaxşılaşdırılması, hər bir müraciətə qanunauyğun müddətdə baxılmasının təmin edilməsi sahəsində Ağstafa rayonunda bir sıra işlər görülmüşdür. Bu sahədə mövcud nöqsanların aradan qaldırılması və yeniliklərin tətbiqinin sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.
Gündəliyə daxil olan məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinli R.İmanov, RİH Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ş.Qurbanov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Y.Əfəndiyev arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.