Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD OLUNDU

31 mart 2015 | 10:00

Martın 31-də Ağstafa rayonunda qan yaddaşımızda dərin iz buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi.
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Muzey-Mərkəzinin binasında keçirilən tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov,  başçının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov çıxış etdi. O, tarix boyu xarici qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımıları həyata keçirdiyini diqqətə çatdırdı. Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 Mart soyqırımı olduğunu bildirən R.Tatarov bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu vurğuladı. Natiq 31 Mart soyqırımına da ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyini qeyd edərək bu hadisənin bir soyqırımı aktı olduğunu qeyd etdi. Daha sonra çıxış edənlər, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Qarabağ Müharibəsi İştirakçıları, Əlilləri, Şəhid Ailələri İctimai Birliyinin Ağstafa rayon Filialının sədri Yaqub İsmayılov, Cümşüd Musayev və Azər Hüseynov  da  xarici havadarlarının dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğuladılar.

Keçidlər