Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı hərbi hissənin yubileyi qeyd edildi

01 aprel 2015 | 10:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rayon ərazisində dislokasiya olunan “N” saylı hərbi hissənin yaranmasının ildönümü münasibəti ilə təntənəli tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin rəsmi nümayəndələri, Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Hərbi hissənin təşkili, müasir hərbi texnika, silah-sursatla təminatından və döyüş qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən geniş danışılaraq qeyd olundu ki, Ali Baş Komandanın əmrinə uyğun olaraq hərbi hissə hər an torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda hərbi əməliyyatlar aparmağa hazırdır.
Hərbi hissənin komandanlığını və şəxsi heyətini yubiley münasibəti ilə təbrik edən Ağstafa Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ölkəmizin Silahlı Qüvvələrinin modernləşməsi, müasir hərbi texnika və avadanlıqlara təmin olunması, zabit və əsgərlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğından danışdı. Bir daha qeyd olundu ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur və işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə qadirdir.
Tədbir hərbi hissə əsgərlərinin nümunəvi çıxışları və incəsənət ustalarının konserti ilə davam etdi.

 

Keçidlər