Ağstafa rayonunda “Beynəlxalq Əlillər Günü” qeyd olundu
04 dekabr 2012 | 11:00
3 dekabr “Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Ağstafa şəhəri , M.Ə.Rəsulzadə küçəsi 92 ünvanında yerləşən “Mərasim evi”ndə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov “Beynəlxalq Əlillər Günü”nün qeyd olunmasının əhəmiyyətindən və ölkəmizdə əlillərə göstərilən yüksək diqqət və qayğıdan danışdı. Tədbirdə iştirak edən rayon əlilləri onlar üçün təşkil edilmiş bu cür tədbirə və ümumilikdə göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdiyi konsert proqramı ilə davam etdi.