Şriftin ölçüsü :

Saytın rəngi :

Saloğlu qəsəbəsində növbəti səyyar qəbul-görüş

01 aprel 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Saloğlu qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Saloğlu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cavad İsmayılov Saloğlu qəsəbəsi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Mansurov Nemət qəsəbə icra nümayəndəliyi üçün yeni inzibatı idarə binasının inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.

2. Yaşar İsgəndərov Saloğlu qəsəbə tam orta məktəbin birnövbəli sistemə keçməsi üçün əlavə olaraq 4 sinif otağının inşa edilməsinin vacibliyindən danışdı.

3. Məmmədova Məruzə Şəhid anası odun yanacağı ilə təmin edilməsini xahiş etdi.

4. Fatma Sadıqova  qəsəbənin içməli su təminatının yaxşılaşdırılması barədə danışdı.

5. Güloğlan Kərimov Saloğlu qəsəbə tam orta məktəbin istilik sistemi ilə təmin edilməsinə ehtiyac olduğunu vurğuladı.

6. Zəkiyyə Həsənova təsərrüfat mövsümündə suvarma suyunun təminatının yaxşılaşdırılması barədə danışdı.

7. Aybəniz Mahmudova qəsəbə sakinlərini suvarma suyu ilə təmin edən  su borusunun təmir edilməsini təklif etdi.

8. Vidadi Məmmədov təbii qazın çəkilişinin sürətləndirilməsindən danışdı.

9. Hilal Şamilova qəsəbədaxili yolların təmir edilməsini təklif etdi.

10. Göyçək Tağıyeva qonşu ilə aralarında olan həyətyanı torpaq sahəsində yaranmış mübahisənin araşdırılmasını xahiş etdi.

11. Səfər Budaqov qəsəbədə qaçqınlar üçün tikilmiş yaşayış evlərinin cari təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.

12. Solmaz Yusifova yuxarı məhəllə adlanan ərazidə 1 ədəd subartezian quyusunda nasosun təmir edilməsini xahiş etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Kür çayının sol sahil yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi başa çatdırılacaqdır. Ərazidə içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar işlər davam etdirilir.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər