Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda daha bir kitab sərgisi təşkil olundu

02 aprel 2015 | 10:00

Ağstafa rayonu Vurğun qəsəbə tam orta məktəbində Rayon Mərkəzi  Kitabxanalar Sisteminin təşkilatçılığı ilə “Ağstafa-kamal ocağı” adlı kitab sərgisi təşkil edilmişdir.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov, Ağstafa rayon Təhsil şöbəsinin müdiri Fərhad Vəliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Ağstafa rayon sədri Yaqub İsmayılov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə olunmuş və Ağstafalı  yazarların kitablarından ibarət olan sərgi tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

Keçidlər