AĞSTAFADA HEYDƏR ƏLİYEVİN İRSİ ÖYRƏNİLİR
“Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda tarix dərslərinin tədrisi uğurla davam etdirilir. Dərslər Heydər Əliyev Muzey-Mərkəzində təşkil olunur. Tədrisdə rayonun tam orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri iştirak edir.
02 aprel 2015-ci il tarixində növbəti dərsin tədrisində Kolxəlfəli, Pirili, Poylu qəsəbə tam orta məktəblərinin 11-ci sinif şagirdləri iştirak etdi. Şagirdlər əvvəlcə muzey salonlarını ekskursiya ediblər, daha sonra dərsləri tədris edən rayonun qabaqcıl tarix müəllimləri və Muzey-Mərkəzin əməkdaşları Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə geniş məlumat veriblər, mühazirə oxunulub.
Tarix dərsi böyük ölçülü monitorda Ulu Öndərə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirilib.