Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vətənpərvərlik mövzusunda növbəti tədbir keçirildi

04 aprel 2015 | 10:00

Ağstafa rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2015-ci il tarixli 59 nömrəli Sərəncamı ilə Ağstafa rayonunun tam orta  ümümtəhsil məktəblərində şagirdlərin  hərbi vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədi ilə  müvafiq  tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq 04 aprel 2015- ci il tarixdə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində geniş tədbir keçirilmişdir.  Tədbirdə məktəb direktorları, rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin məsul işçiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini- İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin olunması, məktəblərdə hərbi vətənpərvərlik  işinin gücləndirilməsi, hərbi təhsil müəssisələrinə şagirdlərin qəbul qaydaları və zabitlik peşəsinə gənclərin həvəsləndirilməsi barədə geniş məruzə ilə çıxış etdi. 
Rayon Təhsil şöbəsinin müdiri Fərhad Vəliyev bu sahədə görülmüş və görüləcək işlər barədə ətraflı məlumat verdi.
Tədbirin sonunda hərbi təhsil müəssisələrinə qəbul qaydaları məktəb direktorlarına təqdim olundu.

Keçidlər