Şəhərin C.Cabbarlı, E.Qələmçəli və N.Kəsəmənli küçələri yenidən qurulur
“Ağstafa rayonunun sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq (2014-2018)” Ağstafa şəhərinin küçələrinin abadlaşdırılması, yenidən qurulması və köhnə tikililərin bərpası istiqamətində işlər cari ildə də uğurla davam etdirilir.
Ötən ildən başlayaraq şəhərin küçələrinin yenidən qurulması siyahısını cari ildə üç küçədə əlavə etdirilmişdir. Şəhərin Cəfər Cabbarlı küçəsi ilə yanaşı hazırda Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrindən yenidənqurma işləri başlanılmışdır. Həmin küçələrdə aparılacaq abadlıq, yenidənqurma işlərinin memarlıq layihə sənədləri tərtib edilmişdir. Hazırda həmin küçələrdə ağacların budanması aparılır, piyada səkilərinin və əsas hərəkət yollarının sahələri müəyyən edilir. Yaşayış evlərinin köhnəlmiş dam örtüklərinin dəyişdirilməsi, divarların təmir-bərpası sahəsində hazırlıq işləri aparılır. Küçələrdən keçən elektrik və telefon rabitəsi naqilləri və digər kommunikasiya xətləri daha təhlükəsiz yerə çəkilir.
Hər üç küçənin tezliklə istifadəyə verilməsi nəzərdə tutulur.