Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclərin iştirakı ilə seminar-müşavirə keçirildi

07 aprel 2015 | 10:00

Bu gün Ağstafa rayon Dağ Kəsəmən kənd 1  saylı tam orta məktəbində  9-11-ci sinif şagirdlərinin iştirakı ilə erkən nikahlar, İnsan alveri, narkomaniya və zərərli maddələrin dövriyyəsi və istifadəsinə qarşı mübarizəyə dair seminar müşavirə keçirilmişdir.
Seminar müşavirəni giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini –ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq narkomaniyanın bəşəriyyəti narahat edən məsələlərdən biri olduğun diqqətə çatdırdı. Qeyd olundu ki, dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirir, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
Sonra Ağstafa rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev rayonda narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verərdi.
Daha sonra rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev, Gənclər və İdman İdarəsinin rəis müavini Kamilə Zamanova, Dağ Kəsəmən kənd 1 və 2 saylı tam orta məktəbin direktorları, Rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu Nizami Rəhimov və digərləri  çıxış edərək gənclər arasında bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.

Keçidlər