Şriftin ölçüsü :

Saytın rəngi :

Qarayazı qəsəbəsində növbəti səyyar qəbul-görüş

09 aprel 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Qarayazı qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarayazı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mikayıl Mikayılov Qarayazı qəsəbəsi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qarayazı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Qarayazı, Həzi Aslanov və Soyuqbulaqlar qəsəbələrini əhatə edir.  Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, içməli və suvarma su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Elxan Mustafayev Köçvəlili-Qarayazı qəsəbə avtomobil yolunun təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Fəramiz Məmmədov Qarayazı qəsəbə tam orta məktəb binasının təmir edilməsinin vacibliyindən danışdı.
3. Sayad Məmmədov Köçvəlili kəndində atasına məxsus pay torpağının sənədinin itməsi ilə əlaqədar köməkdarlıq edilməsini xahiş etdi.
4. Qənirə Şahməmmədova Qarayazı qəsəbə tibb məntəqəsinin təmir edilməsi barədə danışdı.
5. Sücayət Vəliyeva ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
6. Ələsgər Əhmədov Şəhid atası həyətyanı torpaq sahəsinin verilməsini xahiş etdi.
7. Kifayət Məmmədova İçməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğuladı.

8. Sabir Allahyarov pay torpaqlarına gedişin asanlaşdırılması üçün su keçidlərinin quraşdırılması barədə danışdı.
9. İbrahim Eyvazov ərazidə olan yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinin vacibliyindən danışdı.
10. Amasiya İsmayılova Qarayazı qəsəbəsində məhəllədaxili yolların təmir edilməsini xahiş etdi.
11. Fərhad Rəhimov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kür çayının sol sahil yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi ilə əlaqədar magistral qaz xəttinin çəkilişinə başlanılıb.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqları

Keçidlər