Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin tikintisi uğurla davam etdirilir
10 aprel 2015 | 10:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamı ilə Ağstafa şəhərində inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər davam etdirilir. Qısa zaman ərzində inşaatçılar tərəfindən binanın tikintisində xeyli işlər görülmüş və hazırda mərkəzin 2-ci mərtəbəsində dəmir beton karkas sisteminin quraşdırılması işi aparılır.
Tikintinin ətrafında torpaq daşıma işləri başa çatdırılmış, ara divarların hörgüsü yekunlaşdırılmışdır.