Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan Ağstafa Rayon Mədəniyyət Evində son tamamlama işləri gedir

10 aprel 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamı ilə Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə maliyyə vəsaiti ayrılmışdır.
Həmin Sərəncama uyğun olaraq hər iki obyektdə aparılan işlər sürətlə davam etdirilir. Ağstafa rayon mədəniyyət evinin əsaslı təmir işləri son mərhələyə daxil olmuşdur. Binanın əsas zal və inzibati otaqlarının yenidən qurulması, mərkəzi istilik və ventilyasiya sisteminin quraşdırılması, binanın fasad və yan hissələrinsə üzlük daşların vurulması başa çatmaq üzrədir. Hazırda binanın ətrafında xiyabanın salınması və abadlıq işlərinin aparılmasına başlanılmışdır.
Rayon Mədəniyyət Evinin yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər