Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin tibbi müayinəsi davam etdirilir

17 aprel 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən  2015-ci il fevralın 3-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi Ağstafa rayonunda uğurla davam etdirilir.
Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə rayonun yaşayış məntəqələri üzrə qrafik hazırlanmış və vətəndaşların xəstəxana və yerlərdə müayinəsinin səmərəli təşkil olunması üçün tərkibində müxtəlif ixtisas həkimlərindən ibarət  (həkim-terapevt, həkim-pediatr, həkim-cərrah, həkim mama-ginekoloq, həkim-oftalmoloq və digər) səyyar həkim briqadaları yaradılmışdır.  Profilaktiki müayinələrin gedişi zamanı aşkar edilmiş xəstələrin təkrar müayinəsi üçün, eləcə də ehtiyacı olanların stasionar müalicəsi məqsədi ilə zəruri tədbirlər həyata keçirilir.
Bu günə kimi rayon üzrə 60565 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir.

Keçidlər