Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi mövzusunda növbəti tədbir keçirildi

16 aprel 2015 | 10:00

16 aprel 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təşkilatçılığı ilə “Ağstafa rayonunun ümumtəhsil məktəblərində hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi” mövzusunda geniş  tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının, Bilik Fondunun və rayonun müvafiq təşkilatlarının məsul əməkdaşları iştirak edirdi. Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika kafedrasının dekan müavini, filologiya elmləri namizədi, dossent  Sevinc Əliyeva mövzuya dair geniş mühazirə ilə çıxış etdi.
Həmçinin Bilik fondu ilə TQDK-nın birgə təşkil etdiyi  “Sən Yazmağı Bacaracaqsan” adlı layihə əsasında jurnalist olmaq istəyən məktəblilərlə də görüş keçirildi. Şagirdlərdə esse yazmaq bacarığını, peşə qabiliyyətini üzə çıxarmaq məqsədilə treninq təşkil olundu.

Keçidlər