Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mini futbol turnirinə start verildi

17 aprel 2015 | 10:00

17 aprel 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Ağstafa rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Mini futbol üzrə idarə müəsisə və təşkilat komandaları arasında rayon çempionatının açlış mərasimi olmuşdur.Təntənəli açlış mərasimində komandalar və rayon ictimayətinin nümayəndələri iştirak etmişdir. Tədbirin rəsmi açlış mərasimində YAP Ağstafa rayon təşkilatının, Gənclər və idman idarəsinin nümayəndələrinin və partiya fəallarının çıxışları olmuşdur. Müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndərin həyat və fəaliyyəti haqqında geniş çıxışlar olunmuşdur. Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov çempionatın təşkli və qaydalar haqqında iştirakçılara məlumat verərək bildirmişdir ki, çempionatın yekun final oyunu 10 may 2015-ci il tarixdə keçriləcək. Çempionatın qalibləri yekunda Ağstafa rayon Gənclər və idman idarəsinin təhsis etdiyi diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Keçidlər