Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri M.Mustafayev küçəsində Mehdi Mustafayev adına parkın açılışı olmuşdur.

07 dekabr 2012 | 11:00

Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular.
Mehdi Mustafayev adına parkın açılış mərasimini Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq bildirdi ki, M.Mustafayev bir çox vəzifələrdə işləmiş, 1966-cı ildən ömrünün sonunadək Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri vəzifəsində işləmişdir. Cənab Məhərrəm Quliyev 0,5 hektar ərazini əhatə edən Sosialist Əməyi Qəhramanı, dövlət xadimi Mehdi Mustafayevin adını daşıyan bu parkın ağstafalılar üçün gözəl bir istirahət məkanına çevriləcəyini bildirdi. Tədbirdə çıxış edən Mehdi Mustafayevin ailə üzvləri, onunla müxtəlif illərdə birgə işləmiş ziyalılar Mehdi Mustafayev haqqında olan xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Daha sonra cənab Məhərrəm Quliyev və Mehdi Mustafayevin qızı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə parkın girişindəki qırmızı lenti kəsdilər. Tədbir iştirakçıları parkda Mehdi Mustafayevin qranitdən ucaldılmış büstünün önünə əklil və gül dəstələri qoydular. Sonda xatirə şəkili çəkildi.
 

Keçidlər