Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ həsr olunmuş “karate-do” idman növü üzrə açıq turnir keçirildi

25 aprel 2015 | 10:00

25-26 aprel 2015-ci il tarixdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş  “karate-do” idman növü üzrə açıq turnir keçirildi.
Turnir Ağstafa şəhər 2 saylı tam orta məktəbin idman zalında təşkil olunmuşdur. Yarışda Gəncə, Sumqayıt şəhərlərindən, Ağstafa, Ağcabədi, Şəmkir, Şəki, Qazax, Salyan və Bərdə rayonlarından 9 komanda iştirak edirdi. Turnir fərdi kumite yarışları üzrə 25, 30, 35, 40, 45, 52, 57, 63, 68  kq çəki dərəcələrində 6-7, 8- 9, 10-11, 12-13, 14-15 yaşlı idmançılar arasında, kata yarışları üzrə isə 40, 45, 57, 63 kq çəki dərəcəsində 6-12 və 13-15 yaşlı uşaqlar arasında kecirlmişdir.
Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə 1-ci yeri Ağstafa, 2-ci yeri Şəmkir, 3-cü yeri isə Şəki və Sumqayıt komandaları əldə etdilər. Turnirdə qalib gələn idmançılar Ağstafa rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom, medal və hədiyyələrlə təltif olundular.

Keçidlər