Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada qanvermə aksiyası keçirildi

27 aprel 2015 | 10:00

Respublikamızda hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Növbəti belə bir aksiya bu gün Ağstafa Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşəbbüsü ilə həyata keçirildi. Qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının artırılması məqsədi ilə keçirilən aksiyada iştirak edən könüllü donorlar ilk növbədə qanla keçə biləcək hər hansı bir xəstəliyin daşıyıcısı olub-olmasına dair həkim nəzarətindən keçirildilər.  Qanvermə aksiyasında iştirak edən rayon sakinləri bu cür aksiyaların keçirilməsini dəstəkləyərək hər kəsi belə tədbirlərdə fəal iştirak etməyə səslədilər.

Keçidlər