Şriftin ölçüsü :

Saytın rəngi :

Sadıqlı kəndində növbəti səyyar qəbul-görüş

28 aprel 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Sadıqlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Səyyar görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak edirdi. Əvvəlcə Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhad Hacıyev Sadıqlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Tahir Musayev Sadıqlı kəndinə təbii qazın verilməsinin vacibliyindən danışdı.
2. Rəcəb Heydərov Sadıqlı kənd tam orta məktəbi üçün yeni binanın inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Badisəfa Hüseynova həyətyanı torpaq sahəsinin verilməsini xahiş etdi.
4. Sevinc Hacıyeva Sadıqlı kənd həkim məntəqəsinin təmir edilməsi barədə danışdı.
5. Vaqif Kərimov kəndin mərkəzində bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
6. Sima Əhmədova Şəhid ailəsi odun yanacağı təmin edilməsini xahiş etdi.
7. Cümşüd Nəsibov İçməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğuladı.
8. Xəzəngül Musayeva Sadıqlı kəndində məhəllədaxili yolların təmir edilməsi barədə danışdı.
9. Mansır Mansırov ərazidə olan yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu qeyd etdi.
10. Nüsrət Hacıyev təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinin vacibliyindən danışdı.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kür çayının sol sahil yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi ilə əlaqədar magistral qaz xəttinin çəkilişinə başlanılıb.
      Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər