Şriftin ölçüsü :

Saytın rəngi :

GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN ƏZİZ XATİRƏSİ ANILDI

28 aprel 2015 | 10:00

Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında geniş tədbirlər keçirildi.
Tədbirlərdə ilk öncə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən kitab və jurnallardan ibarət sərgilərə nəzər salınmışdır. Rayonun ziyalı və məsul vəzifələrdə çalışan qadınları geniş məruzələrlə çıxış etmişlər. Qeyd olunmuşdur ki, Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və O, orada həkim-ordinator kimi işə başlamışdır. Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur. Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Keçidlər