Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 70 illiyi rayonun ümumtəhsil məktəblərində qeyd olunur

03 may 2015 | 10:00

9 May – faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə Ağstafa rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon Təhsil şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir.
Həmin məktəblərdə Böyük Vətən Müharibəsi ilə görüşlər təşkil olunur. Bu görüşlərdə müharibə veteranları qələbənin əldə olunmasında xalqımızın oğul və qızlarının göstərdikləri rəşadət və igidliklərdən bəhs edir, arxa cəbhədə Azərbaycan zəhmətkeşlərinin fədakar əmək sərf etdiyini qeyd edirlər. Tədbirlərdə məktəbləri maraqlandıran suallara ətraflı cavab verilməklə müharibə veteranları böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə öz töhfələrini verirlər. Müharibə veteranları onlara göstərilən diqqət və qayğıdan razılıqlarını qeyd etməklə bu görüşlərdən məmnun olduqlarını bildirirlər.
Rayonun orta ümumtəhsil müəssisələrində Böyük Vətən Müharibəsi veteranları ilə görüşlər davam etdirilir.

Keçidlər