ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 92-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ mini futbol turniri başa çatmışdır
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini futbol turnirinə yekun vurulmuşdur.
17 aprel, 2015-ci il tarixdə başlayan və Ağstafa şəhər Mərkəzi stadionunda rayonun idarə, müəssisə və təşkilat komandaları arasında keçirilən turnirdə 1-ci yerə “Mol Bulaq Bokt” MMC-nin Ağstafa filialının, 2-ci yerə Ağstafa “Sukanal” İdarəsinin, 3-cü yerə isə “Turan Bankın” Ağstafa filialının komandaları layiq görülmüşlər.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən çempionatda yüksək yerləri əldə edən komandalar müvafiq “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olunmuşlar.