18 MAY 2015-Cİ İL TARİXİNDƏ AĞSTAFA MƏŞƏLİ QARŞILAMAĞA HAZIRDIR
Əziz Ağstafalılar!
İlk dəfə ölkəmizdə keçiriləcək “Bakı-2015” Birinci Avropa oyunlarının Məşəli 18 may 2015-ci il tarixində Ağstafada Məşəlin qarşılanma mərasimi olacaqdır. Bütün ağstafalıları bu möhtəşəm tədbirdə iştirak etməyə dəvət edirik. Məlumat üçün bildiririk ki, “Bakı-2015” Birinci Avropa Oyunlarının Məşəl səyahətinin proqramına uyğun olaraq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Təhsil, Mədəniyyət və Turizm şöbələri tərəfindən xüsusi proqram hazırlanmışdır. Proqramın icra vəziyyətin öyrənilməsi üçün Məşəlin keçəcəyi marşruta bir daha baxış keçirilmişdir. Həmin küçələrin tam hazırlanması üçün rayon rəhbərliyi tərəfindən konkret tapşırıqlar verilmişdir.
Rayon rəhbərliyi məktəblilərin hazırladıqları “flash mob” və mədəniyyət işçilərinin konsert proqramlarının məşq prosesində iştirak etmişdir. Məşəlin qarşılanma mərasimi ilə əlaqədar bütün aidiyyatı qurumlarda hazırlıqlar başa çatmaq üzrədir.