Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü qeyd olundu

27 may 2015 | 10:00

Ağstafa şəhəri Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavinləri, aparatının məsul işçiləri, rayon ziyalıları və ağsaqqalları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq  bütün rayon sakinlərini bayarm münasibəti ilə təbrik etdi və bu günün əhəmiyyəti haqqında ətraflı məlumat verdi.  Natiq qeyd etdi ki, 1918-ci il may ayının 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Milli Şurası müstəqil Azərbaycan Respublikasının yaranmasını dünyaya bildirdi. Həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi.  Azərbaycanda dövlətçilik ənənələri zamanın  hər bir dönəmində yaşadılmış və inkişaf etdirilmişdir. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqilliyin bərpa edildiyi ilk illərdə qarşıya çıxan maneələr dəf edilmişdir.
Qeyd olundu ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Bu mərhələ  müstəqilliyin qorunub saxlanılması və inkişaf etdirilməsi,  beynəlxalq miqyasda balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli sərvətləri xalqın mənafelərinə yönəltmək kimi ali prinsipləri ehtiva etdi. Bu uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən həyata keçirilən  islahatlar kursu  nəticəsində daha da gücləndirildi.  Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulması bu sırada əhəmiyyətli yer tutdu.  Prezident İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.

Keçidlər