Şriftin ölçüsü :

Saytın rəngi :

Tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirlərinə uğurla yekun vuruldu

30 may 2015 | 10:00

29 may 2015-ci il tarixdə rayonun 34 tam orta ümumtəhsil məktəblərindən 29-da , bu gün isə daha  5 tam orta məktəbdə “Son zəng” tədbirləri keçirilməklə cari tədris ilinə uğurla yekun vuruldu.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev dünən keçirilən “Son zəng” tədbirlərində olduğu kimi bu gündə müəllimlərin, valideynlərin, məzunların və birincilərin yanında oldu. Qıraq Kəsəmən kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edən cənab Məhərrəm Quliyev  bu münasibətlə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi, ölkəmizdə  təhsil sahəsinə göstərilən xüsusi qayğıdan geniş bəhs etdi.
Tədbirdə həmçinin rayon İcra hakimiyyəti başçısının müavinləri və  bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdi.
Tədbir məktəblilərin hazırladıqları maraqlı və rəngarəng musiqili proqramla davam etdirildi.

 

Keçidlər