Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

01 iyun 2015 | 10:00

Bu gün  “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”  rayon Gənclər Mərkəzində qeyd olundu.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq uşaqları bu gün münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən uşaqların beynəlxalq müdafiəsi gününün qeyd olunması qərara alınmışdır. Bundan sonra iyunun 1-i uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu gün xüsusi ilə qeyd olunur.
Ölkəmizdə uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi çox saylı layihələr və proqramlar bunun bariz nümunəsidir.  Azərbaycanın birinci xanımı  Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.
Azərbaycan uşaqlarına göstərilən yüksək diqqət və qayğı bu gün də uğurla davam etdirilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Tədbirdə rayonun mədəniyyət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı nümayiş etdirildi və “Azərbaycan” parkına ekskursiya təşkil olundu .

Keçidlər