Musiqi və İncəsənət Mərkəzinin tikintisi davam etdirilir
03 iyun 2015 | 10:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Ağstafa şəhərində inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Qısa zaman ərzində inşaatçılar tərəfindən binanın tikintisində xeyli işlər görülmüş, mərkəzin dəmir beton karkas sistemi quraşdırılmış və dam örtüyünün qoyulması işi həyata keçirilir. Binanın ara divarlarının hörgü işi tamamlanmaq üzrədir, layihə üzrə nəzərdə tutulan işlərin sürətlə aparılması təmin edilir.