Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmir işləri yekunlaşır

06 iyun 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq Ağstafa rayon Mədəniyyət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri tamamlanmaq üzrədir.
Ağstafa rayon mədəniyyət evinin əsaslı təmir işləri çərçivəsində binanın əsas zal və inzibati otaqlarının yenidən qurulması başa çatdırmış, müasir dekorasiya, yumşaq mebel inventarları ilə təmin edilmiş, ən son tələblərə cavab verən mərkəzi istilik və ventilyasiya sistemi, müasir akustika, səs gücləndirici və səhnə işıqlandırılması avadanlıqları  quraşdırılmışdır. Mədəniyyət evinin fasad və yan hissələrinə dekorativ üzlük  daşlar vurulmuş, fasad hissəsində daşlardan oyma şəbəkə və xüsusi gecə işıqlandırılması sistemi quraşdırılmışdır. Bu da binanın  xarici görünüşündə müasir və milli arlamentlərin  sintezini təşkil etməklə Mədəniyyət evinə xüsusi zahiri gözəllik verir. Hazırda binanın ətrafında xiyabanın salınması və abadlıq işlərinin aparılması sürətlə davam etdirilir.
Binanın yerləşdiyi Eyvaz Qələmçəli küçəsində də əsaslı yenidənqurma işlərinə başlanılmışdır.

Keçidlər