Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb işçilərinin peşə bayramı qeyd olundu

17 iyun 2015 | 10:00

17 iyun 2015-ci il tarixdə “Tibb işçilərinin peşə bayramı” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidəsi önünə gül-çiçək dəstəsi qoydular.     Tədbir Rayon Mərkəzi Xəstəxanasında davam etdirildi.
Tədbiri giriş sözü ilə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayev açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Sonra rayon İcra hakimiyyəti başçısının müavini__ İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən 17 iyun Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.    Bu gün Azərbaycan səhiyyəsi özünün inkişaf dövrünü yaşayır. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bölgələrdə müasir tibb mərkəzləri və diaqnostika mərkəzləri açılır. Son illərdə Respublikada 300-dən çox tibb mərkəzləri tikilib və əsaslı təmir olunub.
Lalə Eyyubova çıxışının sonunda Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin adından tibb işçilərini peşə bayramı münasibətilə təbrik etdi və onlara ən xoş arzularını çatdırdı.
Tədbirin sonunda xatirə şəkili çəkdirildi.

Keçidlər