Rayonda “Əmək yarmarkası” keçirildi
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin 22 may 2015-ci il tarixli 91 saylı Sərəncamına əsasən rayonda işsizliyin azaldılması, əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə 19 iyun 2015-ci il tarixdə “Əmək yarmarkası” keçirilmişdir.
Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində keçirilən yarmarkaya rayonun 39 təşkilatı tərəfindən 247 boş iş yeri təqdim edilmişdir. Sakinlər təfindən “Əmək yarmarkası”na ciddi maraq göstərilmişdir.
“Əmək yarmarkası”nda işə düzəlmək üçün 400 nəfər müraciət etmişdir. Müraciət edənlərdən 46 nəfərinə işə göndəriş verilmişdir. Onlardan 7 nəfəri dövlət təşkilatlarına, 39 nəfəri sahibkarlıq müəssisələrinə işə göndərilmişdir.