Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda təmizlik işləri davam etdirilir

20 iyun 2015 | 10:00

Bu gün Ağstafada rayonun idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin təşəbbüsü ilə iməclik keçirilmişdir. Həyata keçirilən təmizlik işləri çərçivəsində, xüsusi ilə yay mövsümünün gəlişi ilə əlaqədar avtomobil yolları və küçələr boyunca bitmiş alaq otları təmizləndi, ağacların dibi yumşaldıldı, yaşıllıqlara xüsusi qulluq göstərildi. Bakı-Qazax avtomobil yolunun və dəmiryol xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı. Xırda məişət tullantıları toplanıldı və daşındı.
Əmək kollektivləri tərəfindən iş yeri ətrafında təmizlik işləri aparılmaqla səliqə-səhman yaradıldı.

Keçidlər